Böyük Britaniya münaqişənin həllindən sonra təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya yerləşdirmək üçün silahlı qüvvələrinin döyüş hazırlığını qiymətləndirib.
KONKRET.az Haqqın.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Con Hili çıxış edib.
“Silahlı qüvvələrə gəlincə, mən hazırlığın qiymətləndirilməsini aparıram və mümkün yerləşdirilməyə hazırlaşmaq üçün lazımi maliyyənin ayrılmasını sürətləndirirəm”, – nazir İcmalar Palatasında deyib.
Hili vurğulayıb ki, Böyük Britaniya Fransa ilə birlikdə Ukraynada “istəklilər koalisiyası” hərbi missiyası konsepsiyasını inkişaf etdirməyə davam edir. “30-dan çox ölkədən çox sayda hərbi planlaşdırıcı atəşkəs üçün fövqəladə planların hazırlanmasına, o cümlədən hava və dəniz məkanının mühafizəsi və Ukrayna qoşunlarının təliminə köməklik göstərib.
Müdafiə naziri bəyan edib ki, o, Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etmək üçün bu həftə Fransa Silahlı Qüvvələr naziri Sebastien Lecorniu ilə müdafiə nazirlərinin görüşü keçirəcək.
Qeyd edək ki, Hili, gələn həftə Londonda İtaliya, Polşa, Ukrayna, Fransa və Almaniyanın müdafiə nazirlərinin iştirakı ilə görüş keçiriləcəyini açıqlayıb.
Dəniz Pənahova
KONKRET.az