Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri olan İnqilab Musayev bu gün tutduğu vəzifədən azad edilib.
KONKRET.az “7Times.az”-a istinadən xəbər verir ki, o bu gün öz ərizəsi ilə vəzifədən azad edilib.
Fakt Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təsdiqlənib.