Ermənistanın düşdüyü kritik vəziyyət ölkədə cərəyan edən siyahi hadisələrin kuliminasiya nöqtəsidir. Qərblə Rusiyanın arasında çıxılmaz vəziyyətdə qalan Ermənistan son anda hansının yanında olmağa qərar verməlidir. Əks halda düşmən ölkə fəlakətlə üzləşə bilər. Bunu Ermənistanda da bilirlər və hesab edirlər ki, bütün bunlarda günahkar baş nazir Nikol Paşinyandır. Ermənistandakı müxalifət liderləri və əksər siyasi partiya rəhbərləri erməni dövlətçiliyinin əldən getməsinin fərqindədirlər.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan bildirib ki, ölkənin bu günə düşməsində günahkar Paşinyandır: “Paşinyanın bütün hərəkətləri və bəyanatları emosiyalar oyununun ümumi məntiqinə uyğundur. O, ən adi SMM-şikdir”.
Mamicanyan Paşinyanı sülh sözü ilə siyasi alver etdiyini bildirib və qeyd edib ki, bununla o, cəmiyyətin diqqətini yayındırır:
“Reallıqda Paşinyanın hərəkətlərini və addımlarını təhlil etsəniz, onlar yalnız bir şeyə gətirib çıxara, Ermənistanın region faktoru kimi tamamilə məhv edilməsinə səbəb ola bilər. Bütün bunlar Paşinyanın özünü xilas etməyə imkan verəcək paketdə təqdim olunacaq.
Təsadüfi deyil ki, sentyabrın 19-dan sonrakı gün heç nə olmamış kimi özünü aparırdı. Bununla belə, Paşinyanın ən bağışlanmaz hərəkətlərindən biri də odur ki, o, insanlara heç nəyin Ermənistandan və erməni xalqından asılı olmadığını, hər şeyi geosiyasi proseslərin həll etdiyini aşılaya bilib.
Əgər 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində siyasi liderlər də geosiyasi prosesləri manipulyasiya etsəydilər, nə müstəqil “Artsax”, nə də müstəqil Ermənistan olardı”, – deyə müxalifətçi bildirib.
Mamicanyan xatırladıb ki, Paşinyan hakimiyyətə kökündən zidd şüarlarla gəlib, insanlara hər şeyin onların qərarlarından asılı olduğunu təlqin edib.
İndi hakimiyyətə insanların ümidsizliyə və qorxuya düşməsi lazımdır ki, onların depressiyası fonunda sülh müqaviləsinə imza atsın.
Vəli Həsənov,
KONKREt.az