İnstaqram gözəlləri: Yüz minlərlə izləyici necə qazanılır?backend

İnstaqram gözəlləri: Yüz minlərlə izləyici necə qazanılır?

KONKRET.az xəbər verir ki, bu gün sosial şəbəkə izləyiciləri ilə bağlı araşdırma qrupları İnstaqramda gözəl qızların izləyicilərinin artması ilə bağlı məsələləri gündəmə gətiriblər. Belə ki, xüsusi doğuran suallardan biri budur ki, cazibədarlığı ilə minlərlə azarkeş ordusunu məftun edən sosial şəbəkə gözəlləri hansı üsullarla bu sahədə uğur qazana bilirlər?

Aparılan araşdırmalar aşağıdakı qənaətləri ortaya çıxardığından bu mülahizələri sizin də ixtiyarınıza veririk:

Bu cür gözəllərin profilində yerləşdirilən şəkillərin əksəriyyətində heç bir makiyaja üstünlük verilmir, amma başqa xüsusi effektlərdən istifadə olunması da şübhəsizdir. Azərbaycan üzərində instagramdakı ən populyar hesabları təhlil edərkən belə nəticəyə gəlmək olur ki, onların bir çoxu izləyicilər üçün heç də mənalı görünməyən ünsiyyət vasitəsini seçir. Belə ki, açıq-saçıq və ya cəzbedici bir formada kiçik videolar paylaşmaqla diqqəti cəlb etməyə çalışırlar.

Ən qəşəng qızlar isə son dəbə uyğun geyimləri illə izləyici sayını artıra bilirlər. Hesablar arasında öz abunəçilərini yalnız xarici məlumatlarla cəlb etmir, əksəriyyəti moda və gözəllik haqqında faydalı bloqlar edir, səyahət qeydlərini bölüşür və hətta sağlam qidalanma və kişilərin qəlbini necə qazanmaqla bağlı seminarlar keçirir. Hesablarda gözəlliyin əsas parametrlərini öz məntiqləri ilə izah etməyə çalışan qızlar da az deyil.

Ən populyar hesablarda belə halları da müşahidə etmək olar ki, qızlar öz ifadəli gözləri ilə kirpiklərin uzanmasına böyük diqqət yetirirlər. Uzun kirpiklərin görünüşü, gözəl gözləri daha da cazibədar edir. Belə gözəl qadınlar rəngli linzalardan nadir hallarda istifadə edirlər.

View this post on Instagram

⚡️⚡️ @irmalomidze 📸

A post shared by ⚡️ A R ⚡️ (@abigailratchford) on

İnstagramda nadir hallarda təbii qaşlarla gözəllərin fotolarını görmək olar. Gözəl qaşlar makiyajın yarısının uğuru deməkdir. Buna görə populyar Insta-bloqerlər tez-tez qaşları necə çəkmək və necə vurğulamaq barədə praktik məsləhətlər verirlər.

View this post on Instagram

Flashback to being brunette 💋 photo by @saliminima

A post shared by Brittny Ward (@brittnyward) on

Sosial şəbəkələrdə iri, ətli dodaqları ilə izləyiciləri cəlb edənlər də kifayət qədərdir. Ətli və ehtiraslı dodaqlara sahib olanlar zərif tonda boyadan istifadə etməklə təbii gözəlliklərini  istifadə edirlər, digərləri isə əksinə  dodaqlarının konturunu qabartmağa üstünlük verirlər.

İnstaqramda gözəl buruna sahib olan qızlar da var ki, buna üstünlük verir və izləyiciləri mənalı siması ilə məftun edirlər.

Bir çox Insta-qızlar qürurla bədənlərinin şəkillərini yükləyir: incə bel, gözəl ayaqlar, açıq və iri sinə.

Elə qızlar da var ki, özlərini Kim Kardaşyan və Beyons kimi dünya ulduzları ilə müqayisə etməyə çalışır və uğur qazana bilirlər.

Modelləri məşhur şəxsiyyətlərə çevirən “Ulduz makiyaj” da çox populyarlaşır.

Yəqin ki, bu sadalananlar bütün məqamlara aydınlıq gətirməsə də, instaqram istifadəçilərinin ümumi mənzərəsini verə bildik. Ancaq qızlar və izləyiciləri onu da bilməlidir ki, gözəlliyin özü də subyektiv bir anlayışdır. Buna baxmayaraq, bir şey aydındır – İnstaqram ulduzları kosmetologiyanın və şəkil effektlərinin bütün nailiyyətlərini geninə-boluna istifadə edən İnternet sakinkləridir.

Hazırladı: NURANƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*