İnstaqramda yeni funksiya yaradılırbackend

İnstaqramda yeni funksiya yaradılır

İnstaqram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

KONKRET.az şirkətin saytına istinadən xəbər verir ki, yeni proqram üç nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

“Bu gün sizə üç nəfərə qədər istifadəçiyə instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı “ikiqat artırmağa” imkan verəcəyik”, – məlumatda deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*