Yevlaxda 84 yaşlı qadının meyiti tapılıb.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, tapılan qadın meyiti köhnə internat məktəbinin binasında aşkar edilib.
Meyitin Yevlax rayon sakini 1941-ci il təvəllüdlü Narınc Hüseyn qızı Quliyevaya aid olduğu müəyyən edilib.
İlkin müayinə zamanı onun infarkt keçirməsi nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.