İnterpol əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.
KONKRET.az xəbər verir ki, 26 yaşlı gənc yanvarın 29-dan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib.
Məlumata görə, o, Bakıda, “NEZ” MMC-də mühasib işləyib. O, işlədiyi müəssisədən qanunsuz olaraq 18 390 Azərbaycan manatı mənimsədikdən sonra ötən ilin avqust ayından yoxa çıxmışdı.
Saxlanılan şəxs nəzarətə götürülüb. Onun tezliklə Azərbaycana təhvil veriləcəyi gözlənilir.
Nazim QƏNİYEV,
KONKRET.az