“Apple” şirkəti qulaqlıq adapterinin satışını dayandırıb və bir sıra cihazları köhnəlmiş elan edib.
KONKRET.az baku.ws-ə istinadən bildirir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.
“iPhone 7” üçün nəzərdə tutulmuş adapter 2016-cı ildə təqdim edilib. Bu adapterin çıxışı, yeni “iPhone” və digər “Apple” cihazlarının qulaqlıqları üçün 3,5 mm-lik çıxışdan məhrum olması ilə əlaqədar olub.
Bildirilir ki, aksesuar artıq şirkətin ABŞ-dəki mağazalarında və bir neçə digər ölkələrdə satışdan çıxarılıb.
Qeyd olunur ki, adapter “iPhone 7”, “iPhone 8” və “iPhone X” modellərinin qutusuna daxil olub. “Apple” şirkəti 2018-ci ildə “iPhone Xs” modelini təqdim etdikdən sonra istifadəçilərinə bu aksesuarları pulsuz təklif etməyi dayandırdı. ABŞ-də bu cihazın qiyməti 9 dollar (15,3 AZN) olub.
“Apple” şirkəti 2015-ci ildə çıxarılan “iPhone 6s Plus” və 2018-ci ildə təqdim edilən “iPhone Xs Max” modellərini də köhnəlmiş elan edib. Bundan əlavə, köhnəlmiş cihazlar siyahısına alüminium və paslanmayan polad korpuslu “Apple Watch Series 2” də daxildir.
Avqust ayında Apple, kompüterlər üçün nəzərdə tutulmuş CD-disk oxuyucusunun satışını dayandırıb. Xarici disk oxuyucu 2008-ci ildə “MacBook Air” modelinin çıxışından sonra təqdim edilmişdi.