İqbal Rüstəmova “AZSIĞORTA”da vəzifə verildibackend

İqbal Rüstəmova "AZSIĞORTA"da vəzifə verildi

Səhmdarların Ümumi Yığıncağının qərarı ilə İqbal Nəbi oğlu Rüstəmov “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, İqbal Rüstəmovun karyerası bank və texnologiya sahəsindəki rəhbər vəzifələrlə bağlı olub. O, “Bank of Baku”, “Kapital Bank” və “AFB Bank”da müxtəlif rəhbər postlar tutub. Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri kimi çalışır.

Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Management və IE Business School-un idarəetmə üzrə beynəlxalq proqramlarını bitirib.

Beləliklə, “AZSIĞORTA” ASC-nin Direktorlar Şurası bu tərkibdə fəaliyyət göstərir: sədr – Viladi Maniyev, üzvlər – Elnur Qurbanov və İqbal Rüstəmov.

Qeyd edək ki, 2006-cı ildə yaradılan “Azsığorta” ASC-nin 14 milyon manat nizamnamə kapitalı var və səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*