İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə “Sveriges Riksbank” mükafatı laureatları məlum olub.
KONKRET.az “Nobelprize.org”a istinadən xəbər verir ki, Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.
Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə, layiq görülüblər.(apa)