İqtisadiyyatı zəif olan Ermənistana diaspor niyə geri qayıtsın?  – Acı etirafbackend

İqtisadiyyatı zəif olan Ermənistana diaspor niyə geri qayıtsın?  – Acı etiraf

Ermənistan Xarici Siyasət və Təhlükəsizlik Problemləri İnstitutunun mütəxəssisi, sosioloq Suzanna Barseqyan erməni mediasına müsahibə verib və koronavirusun dünyaya səpələnən ermənilərə təsirindən, ölkədə səhiyyə sisteminin acınacaqlı vəziyyətindən, iqtisadiyyatın zəif olmasından danışıb.

KONKRET.az həmin müsahibəni sizə təqdim edir:

– Xanım Barseqyan, repatriasiya (müharibə nəticəsində xarici ölkələrdə qalan hərbi əsirlərin, mülki şəxslərin, o cümlədən emiqrantların doğulduqları məmləkətə geri qaytarılması)  dünyada mövcud vəziyyəti sürətləndirəcək və ya ləngidəcəkmi?

– Temp mütləq yavaşlayacaq və ya hətta dayanacaq. Bəlkə də bəzi səbəblərdən qismən Ermənistan vətəndaşları ailələri ilə qalmaq üçün ya da maliyyə böhranı üzündən Ermənistana qayıdacaqlar. Hesab edirəm ki, pandemiyadan sonra bütün dünya maliyyə, iqtisadi, sosial strukturların bərpası üçün tədbirlər görəcək və Ermənistanın bu seriyada rəqabətli bir yer tutması ehtimalı azdır. Virusa görə ermənilərin geri qayıtmasını gözləmək ehtimalı yoxdur.

Təəssüf ki, dünyadakı bu vəziyyətədək vətənə qayıtmaq istəyənləri artıq unutmalıyıq. Səhiyyə sisteminin mövcud vəziyyəti, zəif iqtisadiyyat Ermənistana qayıtmaq üçün stimul ola bilməz.

– Bu il çox güman ki, “Repatriasiya haqqında” qanun qəbul ediləcək və siz müzakirələrdə iştirak edəcəksiniz. Təəssüratlarınız necədir? Vətənə qayıtmaq istəyənlər üçün qanun hansı imkanları təmin edə bilər?

-Düşünürəm ki, yalnız bir qanunun olması repatriasiyanı təşviq edə bilməz. İnteqrasiya layihələri yoxdur, bir insanın Ermənistana qayıtmaq qərarını stimullaşdıra bilən heç bir üstünlük verilmir. Hesab edirəm ki, qanun repatriasiya layihələrinin inkişafı üçün imkanlar yaradacaqdır. Bir qanun varsa, diasporla işə başlamaq və fondlar yaratmaq artıq mümkündür. Qanun dövlətin repatriantların vətənlərində hüquqi statusa sahib olacağına zəmanət verməlidir. Bununla yanaşı, minimum şərait yaradan minimal sosial, təhsil paketləri olmalıdır.

– Son 1,5 ilin nəticələrini qənaətbəxş hesab edə bilərikmi? İnqilabdan sonra repatriasiya tendensiyası mövcud olsa da, heç inkişaf etməyib.

– İnqilabdan sonra meyllər daha çox siyasi diskussiyalar, müraciətlər və ictimai müzakirələr üzərində quruldu. Təəssüf ki, onlar proqram, strategiya və siyasətə çevrilmədilər. Düşünürəm ki, indi bunu etməlidirlər.

Koronavirusa gəldikdə, bizə və diasporaya fərqli bir bucaqdan baxmaq üçün bir fürsət ola bilər. İndi diasporun elmi potensialını üzə çıxartmağa ehtiyac var. Yəni diasporu yalnız repatriasiya kontekstində nəzərdən keçirməməyin vaxtı gəldi. Ermənistan üçün diasporun işgüzar fikirlərindən istifadə etmək, pandemiyadan sonra müxtəlif problemləri həll etməyə başlayacaq fondların işi üçün platformalar yaratmaq daha yaxşıdır. İndi bunun vaxtıdır, ona görə ki, qlobal böhran dünyanın hər tərəfinə səpələnmiş ermənilərə də təsir edir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*