İradə Hacıyeva vəfat etdibackend

İradə Hacıyeva vəfat etdi

Uzun illər dövlət qulluğunda müxtəlif məsul vəzifələrdə çalışan İradə Hüseyn qızı Hacıyeva dünyasını dəyişib.

KONKRET.az news24-ə istinadən xəbər verir ki, o, bu gün 67 yaşında vəfat edib.

İ.Hacıyeva Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdiri, Xızı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xızı Rayon Komitəsinin sədri vəzifələrində fəaliyyət göstərib. Son illərdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ümumi şöbəsinin müdir müavini vəzifəsini icra edib. Dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə İradə Hacıyeva “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*