İrakli Kobaxidze: “Üç il ərzində ölkəmizdə 4 inqilab cəhdi olub””backend

İrakli Kobaxidze: “Üç il ərzində ölkəmizdə 4 inqilab cəhdi olub"

Donald Trampın ölkələrə maliyyə yardımını dayandırmaq qərarı ABŞ vəsaitlərinin digər ölkələrin suverenliyinə qarşı istifadə edildiyini göstərir.

KONKRET.az xəbər verir ki, Amerika liderinin fərmanını Gürcüstanın baş naziri İrakli Kobaxidze inqilablar təşkil etmək cəhdləri ilə əlaqələndirib. O bildirib ki, Gürcüstanda son üç ildə inqilab təşkil etmək üçün dörd uğursuz cəhd olub və onların hamısı xarici maliyyə, o cümlədən Amerika maliyyəsi ilə bağlı olub: “Üç il ərzində ölkəmizdə inqilab təşkil etmək üçün dörd uğursuz cəhd oldu. Və bütün halda hadisələrin mərkəzində Amerika maliyyəsi dayanırdı. Tramp administrasiyasının bu məsələyə baxması çox vacibdir”, – deyə Kobaxidze vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*