İran Dohada (Qətər) keçirilən beynəlxalq silah sərgisində ilk dəfə olaraq yeni flaqman Qəzza pilotsuz təyyarəsini nümayiş etdirib.
KONKRET.az xəbər verir ki, dron 13-ə qədər bomba daşıya bilir və 10 kilometrdən çox hündürlükdə 1600 kilometrdən çox məsafəni qət edə bilir.
“İran tərəfindən Qəzza sakinlərinə həmrəylik nümayiş etdirmək üçün yeni dronlara şəhərin adı verilib. Pilotsuz uçan aparat ABŞ və müttəfiqlərinin maraqlarına təhlükə yaradır. 2 min kilometrlik uçuş məsafəsi, 21 metr qanad genişliyi və peyk rabitəsi sayəsində pilotsuz təyyarə artıq hərbi arsenala təhvil verilib”, – deyə xarici KİV məlumat yayıb.
Bu günə qədər istehsal olunan dronlar Şahed-129 adını daşıyırdı və yalnız dörd bomba daşımaq qabiliyyətinə malik idi.
Nəşrin qeyd etdiyi kimi, BMT-nin İran raketləri və pilotsuz təyyarələrinin ixracına qoyduğu məhdudiyyətlərin müddəti başa çatdıqdan sonra Tehran öz hərbi məhsullarını beynəlxalq bazarda getdikcə daha çox satır ki, bu da ABŞ və müttəfiqlərinin narahatlığını artırır.
Xatırladaq ki, Qərb mediası dəfələrlə İranın “yer-yer” tipli raketlərinin Rusiyaya göndərilməsi ehtimalı barədə məlumat yayıb. Fevralın sonunda Reuters yazıb ki, Moskva artıq Tehrandan 400-ə yaxın ballistik raket alıb.
Natiq Səlim,
KONKRET.az