İran ABŞ-a qarşı özünü təkbaşına müdafiə etməyə hazırdır – Pezeşkianbackend

İran ABŞ-a qarşı özünü təkbaşına müdafiə etməyə hazırdır - Pezeşkian

ABŞ-la mümkün toqquşma halında İran heç bir xarici dövlətin – nə Rusiyanın, nə də Çinin dəstəyinə ehtiyac duymayacaq.

Bu barədə İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkiyan amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

KONKRET.az xəbər verir ki, İran lideri ölkəsinin hərbi və müdafiə baxımından öz gücünə arxalandığını vurğulayıb:

“Biz özümüzü müdafiə etmək, ayaqda durmaq və ölkəmizi, ərazi bütövlüyümüzü qorumaq üçün kifayət qədər güclüyük”, – deyə Pəzeşkiyan bəyan edib.

Onun bu açıqlaması regionda gərginliyin artdığı və İranla Qərb arasında münasibətlərin kəskinləşdiyi bir dövrə təsadüf edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*