İran ABŞ qırıcısını vurduğunu iddia edir: Təyyarə körfəzdə batıbbackend

İran ABŞ qırıcısını vurduğunu iddia edir: Təyyarə körfəzdə batıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə ABŞ-a məxsus müasir qırıcını vurduğunu bəyan edib.

Qurumun yaydığı rəsmi bəyanatda bildirilir ki, hədəf alınan təyyarə İranın cənubundakı Heqmatan və Qeşm adaları arasındakı əraziyə düşüb və Fars körfəzinin dərinliklərində batıb.

KONKRET.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, əməliyyat ölkənin hava hücumundan müdafiə sistemlərinin dəqiq zərbəsi nəticəsində həyata keçirilib.

Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu iddiaları təkzib edərək, bölgədə heç bir Amerika qırıcısının itirilmədiyini bildirib.

Qeyd edək ki, son günlər İran tərəfi bir neçə dəfə ABŞ-ın F-15, F-16 və F-35 tipli döyüş təyyarələrini vurduğunu iddia etsə də, Vaşinqton bu məlumatları “əsassız” adlandırıb. Hazırda bölgədə gərginlik pik həddədir və hərbi qarşıdurmalar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*