İran Rusiyanın “AvtoVAZ” şirkəti ilə avtomobillərin birgə istehsalı haqqında müqavilə bağlamaq istəyir.
KONKRET.a xəbər verir ki, bu barədə “RİA Novosti”yə İranın Ehtiyat Hissələri İstehsalat Birliyinin direktorlar şurasının sədri Maneş Nəcəfi bildirib.
O qeyd edib ki, İran və Rusiya arasında münasibətlər hazırda yüksək səviyyədədir.
“Tarixdə heç vaxt bu iki dövlətin bir-birinə bu qədər yaxınlaşdığı belə bir vəziyyət olmayıb. Biz fürsətdən istifadə edib uzunmüddətli plan tərtib etməliyik ki, bu əməkdaşlıq başqa şəraitdə də davam etsin”, – Nəcəfi deyib.
İqbal Rzayev,
KONKRET.az