İran bu siyasətini dəyişir – Önəmli açıqlamabackend

İran bu siyasətini dəyişir - Önəmli açıqlama

İran ABŞ və Yaxın Şərq ölkələri ilə nüvə konsorsiumu ideyasını müzakirə edə bilər.

KONKRET.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi ölkəsinin Yaxın Şərq dövlətləri və ABŞ-ın iştirakı ilə nüvə konsorsiumu yaradılması təklifini nəzərdən keçirə biləcəyini bildirib.

Taxt-Rəvançi qeyd edib ki, əgər məsələ irəli aparılar və ciddi müzakirə mövzusuna çevrilsə, Tehran bu ideyanı qiymətləndirəcək və mövqeyini açıqlayacaq.

Bu təşəbbüs zənginləşdirmə fəaliyyətinə regional nəzarəti gücləndirmək, şəffaflığı artırmaq və beynəlxalq etimadı möhkəmləndirmək məqsədi daşıya bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*