İran hakimiyyəti Ruhaninin istefası ilə bağlı şayiələri təkzib etdibackend

İran hakimiyyəti Ruhaninin istefası ilə bağlı şayiələri təkzib etdi

İran hökuməti İslam Respublikasının Prezidenti Həsən Ruhaninin istefasının mümkünlüyü barədə məlumatları inkar edir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.

“Ruhani prezidentlik müddətinin sonuna qədər ölkəmizlə qalacaq”, — deyə İran hökumətinin rəsmi nümayəndəsi vurğulayıb.

O, həmçinin əlavə edib ki, gələcəkdə yarana biləcək bütün belə məlumatları əvvəlcədən təkzib edir.

Ötən həftə İran KİV-də Ruhaninin dövlət başçısı vəzifəsindən istefa verəcəyi haqda xəbərlər yayılıb.

Prezidenti dəstəkləyən mənbələr bunun arxasında İslam Konfransı Keşikçiləri Korpusuna (İİKK) yaxın keçmiş mühafizəkar deputat Əlirza Zakaninin dayandığını iddia edirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*