İranda yeni il (mart 2026-mart 2027)üçün qəbul edilən büdcə ilə hərbi və təhlükəsizlik xərclərinin 145% artığı məlum olub.
KONKRET.az WANA-ya istinadla xəbər verir ki, parlamentə təqdim olunmuş qanun layihəsində ümumi müdafiə və təhlükəsizlik ayırmaları təxminən 9,23 milyard dollar təşkil edir:
Müdafiə və Silahlı Qüvvələrin Maddi-Texniki Təminatı Nazirliyi: təxminən 4,62 milyard dollar;
İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”): təxminən 1,88 milyard dollar
İran İslam Respublikasının Hüquq-mühafizə Komandanlığı: təxminən 1 milyard dollar
İran İslam Respublikasının ordusu: təxminən 670 milyon dollar
Kəşfiyyat Nazirliyi (“Ettelaat”): təxminən 423 milyon dollar
“Xatamül-Ənbiya” Mərkəzi Qərargahı: təxminən 323 milyon dollar
Silahlı Qüvvələrin Baş Qərargahı: təxminən 277 milyon dollar
Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ): təxminən 23 milyon dollar
Hərbi xərclər geniş şəkildə milli güc və təsirin əsas göstəricisi kimi qəbul edilir. Bölgənin əsas aktorlarından biri kimi İran həssas coğrafi mövqeyini, sərhədləri yaxınlığında qeyri-regional güclərin mövcudluğunu və beynəlxalq sanksiyaların davam etməsini nəzərə alaraq, resurslarının əhəmiyyətli hissəsini müdafiə və təhlükəsizliyə ayırıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü il üçün məlumatları göstərir ki, İran hərbi xərclər baxımından bir sıra regional rəqiblərindən xeyli geridə qalmaqda davam edir.
