İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”backend

İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”

“İranda benzinin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə səngiyib”.

KONKRET.AZ Apa-ya istinadən məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb ki, onlar da bir-iki günə tam həllini tapacaq:

“Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”, – deyə Ə. Rəbii vurğulayıb.

O qeyd edib ki, hökumət İran xalqının etiraz haqqını tanıyır, lakin bununla belə xalqla iğtişaşçılar arasında fərq var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*