İran-İsrail gərginliyi daha da artır: Mossad agenti edam edildi backend

İran-İsrail gərginliyi daha da artır: Mossad agenti edam edildi 

İsrailin Mossad xarici kəşfiyyat xidmətində işləməkdə təqsirli bilinən şəxs İranda edam edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“İranda Mossad əməliyyatlarının əsas casuslarından və fəal dəstəkçilərindən biri hüquqi prosedurlardan keçdikdən sonra edam edilib və onun işinə məhkəmədə baxılıb”, – agentliyin açıqlamasında bildirilir.

Agentliyin məlumatına görə, edam edilən Möhsün Lanqarneşin 2020-ci ilin payızında Mossad-ın yüksək rütbəli zabitləri ilə işləyərək İsrail kəşfiyyatı ilə əməkdaşlığa başlayıb.

O, Mossad-ın əməliyyatlarını dəstəkləyib və 2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Həsən Səyyad-Xodainin ölümü ilə nəticələnən hücumda iştirak edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*