İran mediası “Putinin dəstəyi” ilə təsəlli tapırbackend

İran mediası “Putinin dəstəyi” ilə təsəlli tapır

İsrailin son zərbələrindən sonra İran mətbuatı oxucularını Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə sakitləşdirməyə çalışır.

KONKRET.az xəbər verir ki, yerli mediada yayılan bəzi materiallarda Putinin İranla həmrəylik mesajları verdiyi qeyd olunur. Lakin Rusiya liderinin nə sosial şəbəkələrdən, nə də mobil telefondan istifadə etmədiyi məlum fakt kimi göstərilir. Bu isə Tehranın informasiya strategiyasının daha çox daxili auditoriyanı sakitləşdirməyə yönəldiyini göstərir.

Ekspertlər bildirirlər ki, İran cəmiyyətində yaranan gərginliyi azaltmaq üçün Kremlin “simvolik dəstəyi” ön plana çıxarılır. Amma bu cür informasiyalar daha çox psixoloji təsir xarakteri daşıyır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*