İranda uzaq və dağlıq ərazilərə poçt bağlamalarının çatdırılması pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçiriləcək.
KONKRET.AZ xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bildirib.
O deyib ki, dərman vasitələrinin xəstəxanalara sürətli çatdırılmasında da PUA-ların xidmətlərindən istifadə olunacaq.
Nazir qeyd edib ki, dünyanın çox az ölkəsində bu təcrübədən istifadə olunur.
APA