Moskvada keçirilən “Ordu-2023” forumunda İran pilotsuz uçuş aparatları və elektron döyüş texnikası təqdim edib.
KONKRET.az xəbər verir ki, İran stendində “Arash”, “Ababil-5”, “Karrar” PUA-ları, həmçinin “Hunter-2” elektron döyüş sistemi nümayiş etdirilib.
Bundan əlavə, İran istehsalı olan ilk elektron dron olan Şahin kombinə tipli PUA təqdim olunub.
İran Müdafiə Nazirliyinin stendində GB125 idarə olunan bombalar, Yasin döyüş təlim təyyarəsi, katerlər və gəmi əleyhinə SM-300 qanadlı raket sistemi nümayiş etdirilir.