İran daha bir İsrail “F-35” təyyarəsinin vurulduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir F-35 qırıcısını vurub.
Məlumata görə, pilot təyyarəni havaya qaldırıb, lakin onunaqibəti müəyyən edilməyib. Qırıcı təyyarə İranın qərbində vurulub.
Xatırladaq ki, iyunun 13-də İran ordusu İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-35-in məhv edildiyi barədə məlumat yayıb. Daha sonra respublika mətbuatı vurulan bir döyüş təyyarəsinin fotosunu dərc edib. İsrail isə iki F-35-in məhv edilməsi ilə bağlı xəbərləri saxta adlandırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az