İran ordusu xüsusi dronlarla silahlandıbackend

İran ordusu xüsusi dronlarla silahlandı

İranın hava hücumundan müdafiə bölmələri hava hədəflərini tutmaq üçün “hava-hava” raketi ilə silahlanmış yeni “Karrar” pilotsuz uçuş aparatları alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

“Məcid” raketlərini daşıyan pilotsuz təyyarələr bazar günü hərbçilərə təhvil verilib. Qeyd edilir ki, pilotsuz uçuş aparatları qırıcılardan istifadə etməklə müqayisədə daha ucuz qiymətə hava hədəflərini vurmağı mümkün edəcək. Orduya pilotsuz uçuş aparatlarının cəlb edilməsi hava hücumundan müdafiə sisteminin yaradılmasının nəzərdə tutan “Rəsul” layihəsi çərçivəsində həyata keçirilib.

İran tərəfinin hesabatında bildirilir ki, “Məcid” raketi termal və optik başlıqlardan istifadə etməklə hədəfləri izləyə və tuta bilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*