“Zəngəzur dəhlizi Rusiya Federasiyasının maraqlarına uyğun gəlmir. Bu, Türkiyənin təkcə Cənubi Qafqazda deyil, Orta Asiyada da rolunun güclənməsinə gətirib çıxaracaq”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Semyon Baqdasarov vurğulayıb:
“İran Zəngəzur dəhlizinin əleyhinədir. İranla əlaqəni inkişaf etdirmək istəyiriksə, bir şeyi başa düşməliyik. Zəngəzur dəhlizini güc yolu ilə həyata keçirmək cəhdi başlayan kimi İran dərhal öz qoşunlarını Ermənistana göndərəcək və bu da öz növbəsində böyük müharibəyə səbəb ola bilər”.
Natiq Səlim,
KONKRET.az