İran Pakistanla ticarəti üç dəfə artırmağa hazırlaşırbackend

İran Pakistanla ticarəti üç dəfə artırmağa hazırlaşır

İran İslam Respublikasının (İİR) Prezidenti Məsud Pəzeşkiyan İran ilə Pakistan arasında ticarət dövriyyəsinin sürətlə artırılacağını bəyan edib. O bildirib ki, hazırda 3 milyard dollar olan ikitərəfli ticarət həcmi yaxın gələcəkdə 10 milyard dollara çatdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Pəzeşkiyan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü zamanı danışıb. “Mən əminəm ki, biz ticarət əlaqələrimizi 3 milyard dollardan proqnozlaşdırılan 10 milyard dollara daha asan və sürətli şəkildə artıra bilərik,” — deyə o bildirib.

Pəzeşkiyan həmçinin vurğulayıb ki, İran və Pakistan bir sıra sahələr üzrə əməkdaşlıq razılaşmaları imzalayıb. Onun sözlərinə görə, bu müqavilələr ticarət, mədəniyyət, turizm, logistika, elm və təhsil sahələrində əlaqələrin güclənməsinə xidmət edəcək. İran hökumətinin yaydığı məlumata əsasən, əldə edilən razılaşmalar dəniz, dəmir yolu və avtomobil yolları da daxil olmaqla, tranzit marşrutlarının genişləndirilməsini, sərhəd bazarlarının yaradılması və inkişafını, eləcə də birgə azad iqtisadi zonaların institusional qurulmasını nəzərdə tutur.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtonun İran neftinin tədarükünü tamamilə dayandırmaq imkanına malik olduğunu bəyan etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*