İran Qafanda Baş konsulluq açacaq.
KONKRET.az bu barədə “Mehr” agentliyinə istinadla xəbər verir. “Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin Qafan şəhərində (Ermənistan) baş konsulluğunun açılmasına icazə verilməsi təklifi ilə razılaşıb”, – agentlik xəbər verir.
Zəngəzur məsələsində ləngidikcə, gələcəkdə yolumuza bir o qədər çox maneələr çıxacaq. Bu gün İran Qafanda Baş konsulluq, sabah Rusiya sərhədçiləri delimitasiya edilmiş və demarkasiya edilmiş sərhəddə, daha o biri gün başqa bir yerdə yeni hərbi baza və s. yarada bilər.
Xuraman Etibarlı,
KONKRET.az