İran qanunla idmançılarına israillilərlə yarışmağı qadağan etdibackend

İran qanunla idmançılarına israillilərlə yarışmağı qadağan etdi

İran idmançılarına indi qanuni olaraq israillilərlə yarışmaq qadağandır.

KONKRET.az xəbər verir ki, müvafiq qanun layihəsi 14 may cümə axşamı günü İslam Respublikası parlamenti tərəfindən təsdiqlənib.

“Sionist rejimin (İsrail) suveren dövlət kimi tanınmamasına dair ideoloji prinsiplərimiz var və buna görə onlara qarşı heç bir idman yarışları keçirilməyəcək”. Bunu İran parlamentinin idman komitəsinin rəhbəri Məhəmməd Əzizi “Etemad” qəzetinə deyib.

Onun sözlərinə görə, bu, İran idmançılarının və ya komandalarının diskvalifikasiyasına səbəb olarsa, “diskvalifikasiyada qalacaqlar”.

Deputat qeyd edib ki, ölkənin ideoloji prinsipləri idmandan daha vacibdir. Parlament üzvləri virğulayıblar ki, İran idmançılarının beynəlxalq sanksiyalardan yayınmalarını idman federasiyaları təmin etməlidirlər.

Beynəlxalq Olimpiya Komitəsi və beynəlxalq idman rəsmilərinin İran parlamentinin qərarına reaksiyası hələ məlum deyil.

İran əvvəllər öz idmançılarına İsrailə düşmənçilik və fələstinlilərlə həmrəylik səbəbindən israillilərlə rəqabət aparmağı qadağan etmişdi.

İran İdman Nazirliyi son vaxtlar dəfələrlə İslam Respublikasının idmançılarına və klublarına qarşı sanksiyalara səbəb olan bu vəziyyətdən çıxış yolu tapmağa çalışır.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*