“Heç bir təhlükə geri çəkilməyimizə səbəb olmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif yerli mediaya açıqlamasında deyib.
O bildirib ki, İran yoluna davam edəcək:
“Təhdidlər bizim üçün zarafatdır. Son 40 ildə heç bir təhlükənin bizi plan və hərəkətlərimizdən geri çəkilməyə məcbur edə bilmədiyini göstərdik və biz yolumuza qətiyyətlə davam edəcəyik”.
Vitse-prezident “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinə də toxunub:
“Çox ağır acılar yaşadıq, ancaq təcrübəmiz göstərib ki, kədərin arxasında böyük qələbə və birlik var”.
Məlik,
KONKRET.az