Tehran hazırda nüvə proqramı ilə bağlı Rusiya və Çindən hər hansı konkret təklif almayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
O, Moskva və Pekinlə təmasların davam etdirildiyini və hər iki tərəfin dəfələrlə bu istiqamətdə kömək etməyə hazır olduğunu vurğulayıb.
“Hər hansı konkret təklif və ya təşəbbüslər paketindən danışırıqsa, hələ belə bir şey olmayıb. Lakin Rusiya və Çin həmişə məsələnin həllini asanlaşdırmağa hazır olduğunu bildirib və biz onlarla əlaqə saxlamağa davam edirik”, – Baqayi brifinqdə vurğulayıb.
Onun sözlərinə görə, Rusiya və Çin nüvə proqramını məhdudlaşdıran Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə İranla müntəzəm olaraq məsləhətləşib. Əlavə edib ki, hər iki ölkə bu prosesdə fəal və konstruktiv rol oynamağa hazır olduğunu dəfələrlə təsdiqləyib.
Müşviq Tofiqoğlu
KONKRET.az