İranın İraqla sərhəd Kürdüstan bölgəsinin Banə rayonu ərazisində iki sərhədçi zabit silahlı qruplaşma üzvləri ilə qarşıdurma zamanı həlak olub.
KONKRET.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
Məlumata görə, ölkəyə daxil olmağa çalışan silahlı qruplaşma üzvlərinin açdığı atəş nəticəsində polkovnik-leytenant Səccad Ədib və kapitan Əli Budaq öldürülüb.
Rəsmi məlumatda qruplaşmanın adı açıqlanmadan onlara ağır zərbə vurulduğu bildirilib.
Hələlik heç bir təşkilat silahlı qarşıdurmanın məsuliyyətini öz üzərinə götürməyib.