İran Talibana xatırlatdı: “Diplomatları qoru!”backend

İran Talibana xatırlatdı: "Diplomatları qoru!"

İranın xarici işlər naziri Hüseyn Abdullahian Əfqanıstana rəhbərlik edən Talibanın xarici işlər naziri Əmrixan Muttaki ilə Tehranda görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Görüş zamanı iranlı nazir əfqan xalqına humanitar yardımları davam etdirəcəyini bildirib.

Bundan əlavə, Abdullahian 1998-ci ildə Məzari-Şərifdə İran diplomatlarının öldürülməsi hadisəsini qarşı tərəfə xatırladıb və Talibanın diplomatik məkanların qorunması ilə bağlı öhdəliklərini icra etməsini istəyib.

Tərəflər həmçinin ABŞ-ın regional siyasətini də tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*