“İranın silah sənayesinin məhv edilməsi çağırışlarının Ukrayna üçün siyasi və hüquqi nəticələri olacaq”.
KONKRET.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, İranı ittiham etmək Ukrayna xalqı və hökumətinə kömək etməyəcək:
“İran Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə açıqlayıb. Başqalarını ittiham etmək Ukrayna xalqına və hakimiyyətinə kömək etməyəcək. Biz təhdid dolu çıxışı məsuliyyətsiz hesab edirik. Ukrayna hökuməti bu hədələyici bəyanatların siyasi və hüquqi nəticələrinə görə məsuliyyət daşıyır”.
İqbal Rzayev,
KONKRET.az