İran Nazirlər Kabineti milli valyutadan dörd sıfırın çıxarılmasına razılıq verib və ölkənin rəsmi valyutası bundan sonra “Tümən” və “Qıran” olacaq.
KONKRET.az axar.az-a istinadən bildirir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
“Bu planın həyata keçirilməsi keçid dövrü ilə müşayiət olunacaq, xalq və bazar dəyişikliklərə alışa bilsin deyə, bir müddət tümən və rial eyni vaxtda dövriyyədə olacaq”, – o əlavə edib.