İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ölkədə təftişlərin bərpa edilməsi barədə razılığa gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Rafael Qrossi “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, müvafiq sənəd Qahirədə İranın xarici işlər naziri Abbas Əraqçı ilə imzalanıb.
“Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 25-də İran parlamenti BAEA ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini təsdiqləmişdi.