İran və Qazaxıstan bu dəhlizlə bağlı razılığa gəldibackend

İran və Qazaxıstan bu dəhlizlə bağlı razılığa gəldi

İran və Qazaxıstan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutu üzrə layihələrin inkişafını sürətləndirmək məqsədilə birgə yol xəritəsinin hazırlanmasına razılıq veriblər.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bu razılaşma Türkmənistanın Avaza liman şəhərində keçirilən BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində baş tutan görüş zamanı əldə olunub.

Görüş zamanı İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq tranzit layihələrinin sürətləndirilməsinin vacibliyini qeyd edərək, bu dəhlizin regional əlaqələrin gücləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından strateji rol oynadığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*