İran XİN ölkəmizə başsağlığı verdibackend

İran XİN ölkəmizə başsağlığı verdi

İran Xarici İşlər Nazirliyi (XİN) Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğramasına görə Azərbaycan xalqına başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.

“Bu acı hadisə nəticəsində 14 nəfərin həyatını itirməsi bizi kədərləndirdi. Bu münasibətlə Azərbaycan xalqına və dövlətinə başsağlığı veririk. Hadisə qurbanlarına Allahdan rəhmət, ailələrinə səbr diləyirik”, – S. Xətibzadə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*