İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə keçiriləcək “3+3” formatının iclasında iştirak edəcək.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadə bildirib.
Qeyd edək ki, “3+3” platforması Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, ancaq sözügedən ölkə iclaslara qoşulmayıb.
Xatırladaq ki, platformanın ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib
Məlik,
KONKRET.az