“İrana hücum edə bilərik, hədəflər bəllidir” – Savaş planı masadabackend

“İrana hücum edə bilərik, hədəflər bəllidir” – Savaş planı masada

İsrail Silahlı Qüvvələri İranın nüvə obyektlərinə qarşı hücum planlarını yeniləyir”.

KONKRET.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.

“İsrail ordusu İranın nüvə obyektlərinə qarşı hücum planlarını yeniləyir. Əgər dünya birliyi İranın nüvə proqramını dayandırmaq üçün əməli addım atmasa, İsrail bunu təkbaşına edəcək. İsrail İran daxilindəki hədəflərini müəyyənləşdirib. Belə ki, həmin hədəflərə hücum İranın nüvə fəaliyyətlərinə ciddi zərbə ola bilər”, – nazir bildirib.

Qantz dünya ictimaiyyətini cidd-cəhdlə nüvə silahı əldə etməyə çalışan İrana qarşı mübarizəyə çağırıb:

“Əgər dünya İranı dayandırıb, nüvə fəaliyyətlərinin qarşısını ala bilsə, bu çox yaxşı olacaq. Amma bunu etməsə, biz təkbaşına hərəkətə keçib, özümüzü müdafiə etməli olacağıq”. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*