İranda 4,8 maqnitudalı zəlzələ OLDUbackend

İranda 4,8 maqnitudalı zəlzələ OLDU

İranın şimalında Semnan ostanında 4,8 maqnitudalı zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.16 radələrində baş verən zəlzələnin ocağı Gərmsar şəhəri yaxınlığında, 11 km dərinlikdə yerləşib.

Zəlzələ Tehran və Kərəc şəhərində də hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*