backend

İranda 8 min nəfər xəstəxanalıq oldu - SƏBƏB

İranda havanın çirklənməsi nəticəsində 8 min nəfər xəstəxanalara müraciət edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Yardım xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şəxslər ürək və tənəffüs problemi ilə bağlı xəstəxanalara müraciət ediblər.

Qeyd edək ki, son iki gün ərzində Tehranda havanın çirklənməsi təhlükəli həddə çatıb. Ölkənin tibb müəssisələri hazır vəziyyətə gətirilib. Əhaliyə maskalardan istifadə etmək və zərurət olmadığı təqdirdə evdən çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*