İranda 96 nəfər koronavirusdan öldübackend

İranda 96 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 96 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə KONKRET.az  nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 719 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 100 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 324 395 nəfərə çatıb. Virus daşıyıcılarından 4 393 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 1 113 224 nəfər koronavirusdan sağalıb. İndiyədək 8,47 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 10 şəhər qırmızı, 23 şəhər narıncı, 163 şəhər sarı və 252 şəhər mavi zona hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*