İranda açılan bu restoran görənləri ŞOKA SALDIbackend

İranda açılan bu restoran görənləri ŞOKA SALDI

İranın paytaxtı Tehranda texnologiya həvəskarları üçün maraqlı bir yenilik təqdim olunub. Şəhərdə fəaliyyətə başlayan yeni restoran, ofisiantları və animasiya qrupu tamamilə robotlardan ibarət olması ilə fərqlənir.

KONKRET.az xəbər verir ki, restoran öz texnoloji konsepti ilə ziyarətçilərə qeyri-adi və innovativ bir təcrübə vəd edir.

Müştərilərə yeməklər robot ofisiantlar tərəfindən təqdim olunur, əyləncə proqramları isə süni intellektlə idarə olunan animasiya qrupunun çıxışları ilə müşayiət edilir.

Layihənin təşəbbüskarları bildirirlər ki, bu restoran həm texnologiyanın gündəlik həyata inteqrasiyasını nümayiş etdirmək, həm də gələcəyin xidmət sektoruna dair yeni perspektivlər təqdim etmək məqsədi daşıyır.

Restoran qısa müddətdə yerli sakinlər və turistlər arasında marağa səbəb olub. Ziyarətçilər texnologiyanın insan əməyini necə əvəz edə bildiyini canlı şəkildə müşahidə etmək fürsətindən məmnun olduqlarını bildirirlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*