İran parlamentinin üzvü Salman İshaqi ölkənin 15-dən çox əyalətində çörəyin qiymətinin 40%-dən çox artdığını deyib. Onun bu açıqlamasına baxmayaraq, bəzi dövlət rəsmiləri bunu inkar edib.
KONKRET.az xəbər verir ki, Salman İshaqinin məlumatına görə, “Ölkənin 15-dən çox əyalətində çörəyin bahalaşmasının vətəndaşları hiddətləndirməsinə baxmayaraq, hökumət rəsmiləri hələ də qiymət artımını təkzib edirlər”.
İranın daxili işlər naziri Əhməd Vəhidi isə bu məsələ ilə bağlı bildirib ki, qiymət artımı yerli icra orqanları vasitəsilə həyata keçirilib.