İranda daha bir nüvə alimi öldürüldübackend

İranda daha bir nüvə alimi öldürüldü

İranda daha bir nüvə alimi sui-qəsd nəticəsində həyatını itirib.

KONKRET.az xəbər verir ki, nüvə alimi Məhəmmədrza Sədiqi Sabir Gilan vilayətində, yaşadığı evdə İsrailin hava hücumu nəticəsində qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl onun Tehrandakı evinə endirilmiş raket zərbəsi zamanı alimin 17 yaşlı oğlu da həyatını itirib. Hadisədən sonra Sədiqi Sabir təhlükəsizlik məqsədilə qayınatasının evinə köçmüşdü.

Yerli mənbələr bildirir ki, bu gün həmin evə üç ədəd İsrail mərmisi düşüb və nəticədə alim hadisə yerindəcə ölüb.

Qeyd edək ki, iki ay əvvəl ABŞ Maliyyə Nazirliyi doktor Məhəmmədrza Sədiqiyə qarşı sanksiyalar tətbiq etmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*