Kirmanşah əyalətinin Harsin şəhərindən Fatimə Süleymani adlı on iki yaşlı uşaq atasının onu qohumlarından biri ilə evləndirməyə məcbur etmək üçün təzyiq və ölümlə hədələməsindən sonra intihar edərək həyatına son qoyub.
KONKRET.az xəbər verir ki, məlumata görə, azyaşlı qohumu ilə evlənməsi üçün atası tərəfindən dəfələrlə döyülüb. Nikahdan imtina edəcəyi təqdirdə isə ölümlə hədələnib.