İranın Qum şəhərinin Pərdisan rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.
KONKRET.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin istinad etdiyi mənbənin sözlərinə görə, bu, İsrailin hücumu deyil.
Qum yanğınsöndürmə idarəsinin məlumatına görə, partlayış nəticəsində dörd mənzilə ziyan dəyib. İlkin rəydə hadisənin mümkün səbəbi kimi qaz sızması göstərilir, lakin araşdırma davam edir.
Agentlik qurbanların adi vətəndaşlar olduğunu vurğulayır.
İran və İsrail arasında son silahlı toqquşmalar nəticəsində yaranan gərginlik fonunda İranda bir neçə partlayış baş verib. Lakin hakimiyyət onlara görə məsuliyyəti İsrailin üzərinə qoymayıb.
Взрыв в жилом доме в Иране pic.twitter.com/WzMocdIkN6
— Seymur Bakshev (@SBakshev) July 14, 2025
Müşviq Tofiqoğlu
KONKRET.az